Man In The Mirror

Man in the Mirror
Maykl Cekson tərəfindən Bad albomunda ifa olunmuş sinql
Yayımlanma tarixi 1988, 9 yanvar
Format sinql
Janr Pop, Soul
Dil ingilis dili
Müddət 5:20
Prodüser Maykl Cekson və Quincy Jones
Bəstəkar Siedah Garrett
Sözlərin müəllifi Glen Ballard
Studiya Epic Records
Maykl Cekson sinqllarının xronologiyası
"The Way You Make Me Feel"
(1987)
"Man in the Mirror"
(1988)
"Dirty Diana"
(1988)
Audio nümunəsi
Man In The Mirror mahnısının səslənməsi

Man In The Mirror – Qlen Ballard və Siedah Garrett tərəfindən yazılmış və Maykl Cekson tərəfindən ifa olunmuş mahnıdır. Ceksonun ifasına Kuinsi Cons və Cekson özü prodüserlik etmişdir. 1988-ci ilin yanvarında Ceksonun yeddinci solo albomu olan “Bad”dan dördüncü sinql kimi satışa çıxarılan mahnı qısa zamanda ABŞ hit-paradlarında birinciliyə yüksəlmişdir. Ceksonun ən ciddi işlərindən biri kimi dəyərləndirilən mahnı, İlin Ən Yaxşı Səsyazması kateqoriyasında Qremmi mükafatına namizəd göstərilmişdir.

Mahnı iki həftə “Billboard Hot 100” hit-paradına rəhbərlik etmişdir. 1988-ci ildə “UK Singles Chart”da 21-ci yerdə qərarlaşan mahnı, 2009-cu ildə Maykl Ceksonun ölümündən sonra həmin hit paradda 11–ci yerə kimi yüksəlmişdir.[1] ABŞBK-da 1.3 milyon nüsxədən çox onlayn satış uğuru əldə edən[2] mahnı iTunes yükləmələrində də birinci yerə yüksəlmişdir.[3]

  1. "Michael Jackson tops album chart". BBC News. News.bbc.co.uk. June 29, 2009. May 12, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
  2. Paul Grein. "Chart Watch Extra: Songs From The Last Century". Chart Watch. Nielsen Business Media. Yahoo! Music. September 23, 2010. October 5, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.
  3. "Michael Jackson's music tops charts". CNN. Edition.cnn.com. July 1, 2009. 2012-08-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2014.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy